AZ

Camal Musiala FIFA Klublararsı dünya çempionatında rekorda imza atdı

Almaniyanın "Bavariya" klubunun futbolçusu Camal Musiala yenilənmiş formatda keçirilən Klublararası dünya çempionatının qrup mərhələsində het-trik edən ilk futbolçu olub.
 
Moderator.az xəbər verir ki, 22 yaşlı almaniyalı oyunçu buna Yeni Zelandiyanın "Oklend Siti" komandasını 10:0 hesabı ilə darmadağın etdikləri matçda nail olub.
 
Musiala həmçinin turnirin ümumi tarixində het-trik edən üçüncü oyunçuya çevrilib.
 
Qeyd edək ki, daha əvvəl bu uğura yalnız Kriştianu Ronaldu və Qaret Beyl imza atıb.
 
Seçilən
25
moderator.az

1Mənbələr