Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hücumları ilə bağlı telefon diplomatiyasını davam etdirir.
Sitat.info xəbər verir ki, prezident Ərdoğan İran prezidenti Pezeşkianla telefonla danışıb.
Görüş zamanı İsrail-İran münaqişəsi, regional və qlobal problemlər müzakirə olunub.
Ərdoğan İsrail və İran arasındakı münaqişə prosesi ilə bağlı liderlərlə bir sıra təmaslara keçirdiyini, Türkiyənin münaqişələrin tez bir zamanda sona çatması və nüvə danışıqlarına qayıtması üçün vasitəçi rol oynamağa hazır olduğunu bildirib.
Prezident Ərdoğan Türkiyənin bölgədə sülhün və sabitliyin qorunmasına verdiyi önəmi vurğuladı.
Seymur,
Sitat.info