"Latsio" klubu Pedronun müqaviləsini uzadıb.
Offsideplus.az xəbər verir ki, "qartallar" ispaniyalı futbolçunun başa çatan sözləşməsini gələn ilin yayına qədər artırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Pedro 2021-ci ildən "Latsio"dan çıxış edir. 37 yaşlı hücumçu başa çatan mövsüm 44 oyunda 14 qol vurmağı bacarıb.