Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu müqavilə ilə "Napoli"yə məxsus olan "Qalatasaray"ın hücumçusu Viktor Osimheni heyətinə qatmaq üçün yeni cəhd edib.
Fanat.Az "Goal"-a istinadən xəbər verir ki, sözügedən klub nigeriyalı forvarda illik 50 milyon avroluq fantastik müqavilə təklif yollayıb.
Ulduz futbolçu səudiyyəlilərin 35 milyon avro məbləğində təklifini rədd edib. "Əl-Hilal" indi həm şərtləri, həm də satınalma maddəsini artıraraq, transfer üçün 75 milyon avro ödəməyə hazırdır.
26 yaşlı Osimhen ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirib və 41 matçda 37 qol vurub, 8 məhsuldar ötürmə edib. Onun "Napoli" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Mirağa