AZ

Bəşər Əsədin casusu ömürlük həbs olundu

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın Frankfurt şəhərində keçirilən məhkəmədə,Suriyada müxaliflərə qarşı işgəncə qətl və insanlığa qarşı cinayətlər törətməkdə təqsirləndirilən suriyalı həkim Alaa M ömürlük həbs cəzasına məhkum edilib.

Məhkəmənin qərarına əsasən, o, məhkumların sınmış əzalarını təpikləyib, cinsiyyət orqanlarına spirt tökərək yandırıb, anesteziyasız əməliyyatlar aparıb və ölümcül inyeksiyalar vurub. Bu əməllər sənədlərlə sübuta yetirilib.

2015-ci ildə Almaniyaya gələn və tibbi lisenziya alaraq bir neçə xəstəxanada işləyən Alaa M 2020-ci ildə Suriyadan qaçaraq Almaniyaya sığınan zərərçəkmişlər tərəfindən tanınıb. Əvvəlcə bir sənədli film vasitəsilə ifşa olunan həkim daha sonra işlədiyi klinikada şəxsiyyəti dəqiqləşdirilərək hüquq-mühafizə orqanlarına bildirilib. 2020-ci ilin iyununda həbs olunan Alaa Mnin məhkəmə prosesi 2022-ci ildə başlayıb və 3,5 il davam edib.

Qeyd olunur ki, Alaa M Almaniyada Bəşşar Əsəd rejimi ilə bağlı insanlığa qarşı cinayətlərə görə ömürlük həbs cəzası alan ikinci şəxsdir. Ondan əvvəl, Suriya xüsusi xidmət orqanlarında çalışmış Ənvər Rəslan 2022-ci ildə qətl, işgəncə və təcavüz ittihamları ilə ömürlük həbs cəzası almışdı. Onunla birlikdə mühakimə olunan İyad əl-Qarib isə 4,5 il həbs cəzasına məhkum edilmişdi.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
azpolitika.info

1Mənbələr