AZ

Aqşin Mürsəlov: "İmişli"nin ev oyunlarını başqa stadionlarda keçirmə ehtimalı var

BAKI, 16 iyun. TELEQRAF

“Müvəqqəti olaraq, ev oyunlarımızı başqa stadionlarda keçirmə ehtimalımız var”.

Bunu Teleqraf-a açıqlamasında “İmişli” klubunun idarə heyətinin sədri Aqşin Mürsəlov deyib.

Klub rəsmisi 2025/2026 mövsümündə rəqiblərini Heydər Əliyev adına İmişli şəhər stadionunda yox, başqa meydanda qəbul etmək məcburiyyətində qaldıqlarını bildirib: “Bunun müvəqqəti xarakter daşıyacağını nəzərə alsaq, düşünürük ki, digər klublar kimi, bizim də bundan istifadə etmək hüququmuz var”.

Mürsəlov ev oyunlarının İmişli şəhər stadionuna keçirilməsi üçün AFFA-ya da müraciət etdiklərini xatırladıb: “Stadionla bağlı dəqiq bir söz yoxdur. Biz AFFA-dan stadionun hüquqi məsələlərinin həllinə dəstək göstərməsini gözləyirik. Qurumdam bizə kömək edəcəklərini bildiriblər. Biz İmişlini təmsil edirik. Məqsədimiz ev oyunlarımızı öz doğma stadionumuzda keçirməkdir”.

Qeyd edək ki, “İmişli” ötən mövsüm I Liqanı ikinci yerdə başa vuraraq, AFFA-nın yeni reqlamentinə görə, Premyer Liqaya yüksəlib.

Seçilən
15
teleqraf.com

1Mənbələr