AZ

Gənc rejissordan acı xəbər

ain.az, News24 portalına istinadən məlumat verir.

Tanınmış türk rejissoru Kenan Kavut 45 yaşında dünyasını dəyişib. “Kırık Midyeler”, “Hayal Çetesi” və “Kaçış” kimi filmlərlə tanınan sənətçinin ölüm xəbəri kino camiəsində dərin kədər doğurub.

News24.az xəbər verir ki, Kavutun vəfat xəbəri Film-San Vəqfi tərəfindən sosial mediada paylaşılıb. Açıqalamada, "Rejissor Kenan Kavuta Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı diləyirik" sözlərinə yer verilib.

1980-ci ildə Bitlisdə anadan olan Kenan Kavut, Atatürk Universitetinin İletişim Fakültəsinin Radio, Televiziya və Kino bölümünü bitirib. Yaradıcılığında bədii filmlərlə yanaşı sənədli layihələrlə də fərqlənib.

 Onun vaxtsız ölümü sənət dünyasında böyük itki kimi qiymətləndirilib.

Səma Orucova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
news24.az

2Mənbələr