AZ

Çində fabrikdə partlayış baş verib

Çinin Henan əyalətində fişəng fabrikində partlayış baş verib, 9 nəfər xəsarət alıb.

“Global Times” bu barədə məlumat yayıb.

Məqalədə deyilir: “Şançjou yaxınlığındakı fişəng fabrikində partlayış baş verib".

Bildirilir ki, hadisə yerində təcili yardım xidmətləri işləyir. İndiyədək 9 nəfəri xilas etmək mümkün olub. Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb, onlara yüngül xəsarətlər diaqnozu qoyulub. Həmçinin, iki nəfər itkin düşdüyündən axtarış-xilasetmə işləri davam etdirilir.

Seçilən
5
aznews.az

1Mənbələr