Dünya şöhrətli müğənni Şakira ABŞ-ın keçmiş prezidenti Donald Trampın miqrantlara qarşı sərt siyasətini tənqid edib. BBC-yə müsahibəsində o bildirib ki, ABŞ-da bir miqrant kimi yaşamaq daim qorxu içində olmaq deməkdir.
News24.az xəbər verir ki, Kolumbiyalı ulduz, 19 yaşında daha yaxşı gələcək ümidi ilə ABŞ-a köçdüyünü və bu müddətdə ingilis dilini məşhur sənətçilərin əsərləri ilə öyrəndiyini deyib.
Şakira, “İnsanlara münasibət hər zaman insani olmalıdır” deyərək, birlik çağırışı edib. Grammy mükafatını da ABŞ-dakı miqrantlara həsr etdiyini xatırladıb:
“Siz sevilirsiniz və buna layiqsiniz.”
O, həmçinin Gerard Piqué ilə ayrılığından sonra “Oğullarım sayəsində həyatda qaldım” sözləri ilə ailəsinə olan bağlılığını ifadə edib.
Səma Orucova