AZ

Sündü mağaraları: Tarixin sığınacağı və mübarizə qalası

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Qobustan rayonunun Sündü kəndində yerləşən qədim mağaralar yaşayış məntəqəsinin cənubunda, Qəhlə dağının qərb hissəsindədir. Yerdən 10 metr yüksəklikdə yerləşən mağaralar orta əsrlərə aid edilsə də, onların tarixinin daha qədim olduğu güman edilir. Hətta bəzi tədqiqatçıların fikrincə, mağaralar ibtidai icma cəmiyyəti dövrünə aiddir.

Buradakı mağaralardan yerli sakinlər 1918-ci ilin aprel qırğınları zamanı sığınacaq kimi istifadə ediblər. Erməni-daşnak qüvvələri kənddəki 433 evdən 198-ni yandırıb, canını qurtarmağa fürsət tapmayan 295 nəfəri qətlə yetiriblər. Əlacsız qalan kəndin əli silah tutan sakinləri uşaqları, qadınları, qocaları mağaralara yerləşdirməklə yurdlarının müdafiəsinə və mübarizəsinə qatılıblar. Bir sözlə, bu mağaralar ermənilərin 1918-ci ildəki hücumları zamanı kənd sakinlərinin köməyinə çatıb.

PhotoStock.az-ın kənddə yerləşən qədim mağaralardan reportajını təqdim edirik:

Daha çox foto: Photostock.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
oxu.az

1Mənbələr