Misirdə təxminən 4000 il əvvələ aid və içərisində 11 nəfərin qalıqlarının olduğu qədim məzar tapılıb.
Misirdə, Kraliça Hatşepsut məbədinin düz yanında yerləşən bu məzar 12-13-cü sülalələrə aiddir.
News24.az xəbər verir ki, məzar nəsillər boyu ailə qəbiristanlığı kimi istifadə edilib. Arxeoloqlar bu mühüm kəşflə bölgədə daha əvvəl tapılmayan ilk Orta Krallıq türbəsinə çatıblar.
Qeyd edək ki, tədqiqatçılar tərəfindən üzə çıxarılan məzarda kişi, qadın və uşaqdan ibarət 11 nəfərin başı bir-birinin ardınca yan-yana basdırıldığı aşkar edilib. Taxta sarkofaqlar, kətan parçalar daşqınlar nəticəsində ciddi ziyan görsə də, türbənin içərisindəki heykəlciklər və zinət əşyaları salamat qalıb.
Arxeoloqlar həmçinin iki mis güzgü tapıblar ki, onlardan birində nilufər qulplu, digərində isə səma, qadın, məhsuldarlıq və məhəbbət ilahəsi Hatşor təsvir olunub.
Qəbirdə tapılan 11 cəsəddən beşi qadın, ikisi kişi, üçü uşaq olmaqla 10 nəfərin yaşı və cinsi müəyyən edilib, bir nəfərin yaşı və cinsi isə sirr olaraq qalır.
Bu mühüm tapıntı Misir Turizm və Qədim Əsərlər Nazirliyi (MTA) tərəfindən Fiv şəhərinin meri və Amun məbədinin dördüncü keşişi Karabaskinin 25-ci sülalədən qalma məzarı üzərində bərpa işləri zamanı aşkar edilib.
Günel Məlikzadə