
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) həbsdə olan sədri, həmçinin Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlu bu gün hakim qarşısına çıxıb.
Yeniavaz.comxəbər verir ki, o, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun əməkdaşı, həmçinin İBB ilə bağlı araşdırma aparan Akın Gürlek haqqında dediklərinə görə mühakimə olunur.
İmamoğlu saxlanılmasının və mühakimə olunmasının əsas səbəbini siyasi fəaliyyəti ilə əlaqələndirib və prezidentliyə namizəd olduğu üçün cəzalandırıldığını bildirib.
Onun məhkəmə zalını tərk edərkən lentə alınmş kadrları sosial şəbəkələrdə yayılıb.
Həmin görüntüləri təqdim edirik: