"Fənərbağça" klubu "Trabzonspor"un qapıçısı Uğurcan Çakır üçün 15 milyon avro ödəməyə hazırdır..

Offsideplus.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.

"Sarı-lacıvərdlilər" bu yay Dominik Livakoviçlə yolları ayırmağı planlaşdırır. Ona görə də İstanbul təmsilçisi qapıçı axtarışındadır.

U. Çakır bu mövqe üçün əsas namizəddir.

O, son mövsüm 43 oyunda "Trabzonspor"un qapısını qoruyub. Təcrübəli çərçivə qoruyucusu 18 qarşılaşmada qapısını qola bağlaya bilib.