Instagram istifadəçi təcrübəsini fərdiləşdirmək üçün yeni xüsusiyyətlər təqdim etməyə hazırlaşır. Ən diqqətçəkən yeniliklərdən biri “Gridi Düzənlə” funksiyası olacaq.
News24.az xəbər verir ki, bu xüsusiyyətlə istifadəçilər əvvəl paylaşdıqları postların sırasını sürüklə-burax metodu ilə dəyişə biləcəklər. Beləliklə, vizual uyğunluğa önəm verən istifadəçilər və kontent yaradıcıları üçün profil düzəni daha çevik olacaq.
Qeyd edək ki, bu funksiya ilk dəfə 2022-ci ildə sızdırılmışdı, indi isə Instagram rəhbərliyi tərəfindən rəsmi şəkildə təsdiqlənib. Dəqiq istifadəyə təqdim ediləcəyi tarix açıqlanmasa da, test mərhələsindədir.
Bundan əlavə, “gizli paylaşım” funksiyası da test olunur. İstifadəçilər paylaşım etdikdə bu post izləyicilərin ana səhifəsində görünməyəcək, yalnız profilə daxil olanlar görə biləcək. Instagram rəhbəri Adam Mosseri bu xüsusiyyətin məqsədinin paylaşım təzyiqini azaltmaq və kontent istehsalını daha stresssiz hala gətirmək olduğunu bildirib.
Səma Orucova