AZ

Zelim Tçkayev 1/8 finalda - DÇ

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, bu gün mübarizəyə millimizin 1 idmançısı qoşulacaq.

Dünya çempionatı
Kişilər
81 kq

İlk mərhələdən azad olan Zelim Tçkayev 1/16 finalda Jianqnan Vanqla (Çin) güləşib. Görüşdən qalib ayrılan cüdoçumuz ikinci qarşılaşmasında braziliyalı Luan Almeydanı sınağa çəkəcək.

Qeyd edək ki, mundialda ölkəmiz 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Onlardan hələlik 8-i çıxışını medalsız başa vurub. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.

Seçilən
26
football-plus.az

1Mənbələr