"Real Madrid" futbolçusu Brahim Diasla müqavilə uzadacaq.
Offsideplus.az xəbər verir ki, tərəflər arasında hazırda danışıqlar gedir. Onun yeni sözləşməsi 5 illik olacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Dias 2023-cü ildən "kral klubu"nda çıxış edir. O, son mövsüm 52 oyunda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
"Real Madrid" 25 yaşlı futbolçu ilə razılaşmanı tamamladıqdan sonra Tibo Kurtua ilə müqaviləni artırmaq üçün danışıqlara başlayacaq.