Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İraqın xarici işlər naziri və baş nazirinin müavini Fuad Hüseyn Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Məsələləri üzrə Dövlət katibi Devid Lammi ilə telefon danışığı aparıb, həmçinin İran-İsrail qarşıdurmasının kəskinləşməsi fonunda Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
İraqın İNA xəbər agentliyi Hüseyndən sitat gətirərək: "Müharibənin davam etdirilməsi region və dünya üçün ciddi nəticələrə səbəb olacaq. Bu müharibədə qalib yoxdur və onun davamı ciddi iqtisadi böhranlara səbəb ola bilər, xüsusilə də bu, Hörmüz boğazı bölgəsinə yayılarsa və bu, qlobal iqtisadi böhrana səbəb ola bilər", - deyib.
İraqlı nazir “İstər Böyük Britaniya, Fransa və Almaniyanın daxil olduğu Avropa üçlüyü formatı, istərsə də Birləşmiş Ştatlar ilə koordinasiya yolu ilə Böyük Britaniyanın vəziyyətin həllində rolunun vacibliyinə” işarə edib.
İyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramına qarşı yönəlmiş “Rising Lion” əməliyyatına başlayıb. 24 saat keçməmiş Tehran cavab hücumuna keçib. İsrail və İran sonrakı günlərdə də bir-birlərinə zərbələr endirməyə davam etdilər. Hər iki tərəf hücumlar zamanı itki və dağıntılara məruz qalmaları barədə məlumat verib, öz ərazilərində hədəfləri vurduğunu etiraf edib, lakin zərərin məhdud olduğunu bildirirlər.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.