AZ

“Baloğlan Əşrəfov və Səyyadla ölümündən 15 dəqiqə əvvəl danışmışam, nəfəsləri kəsilirdi”-ÖZƏL

“Sənət dostlarım Baloğlan Əşrəfov və Səyyad Əlizadə ilə son danışıqlarımı hələ də unuda bilmirəm. Baloğlan Əşrəfova zəng etdim. Həyat yoldaşı telefonu götürdü. Gördüm ki, ordan soruşur ki, kimdir? Biləndə ki, mənəm, telefonu aldı yoldaşından. Bircə bu sözləri dedi ki, mənə xəstəlik mikrofondan düşdü. Bilirsiniz ki, koronovirusdan dünyasını dəyişib. Dedim ki, nə kömək lazımdırsa mən hazıram. Telefonla danışığımızın üstündən 15 dəqiqə keçmişdi, bir də gördüm ki, saytda yazdılar ki, Baloğlan Əşrəfov rəhəmətə gedib”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib. O daha sonra Səyyad Əlizadə ilə son danışığını xatırlayıb:
“Eyni vəziyyət Səyyad Əlizadə ilə də təkrarlandı. Soruşdum ki, nə kömək lazımdır? Çünki qardaşım da həkim idi, dedim bəlkə kömək lazımdır? Heç Səyyad demədi ki, koronavirusa yoluxub, xəstəliyi var. Bircə bunu dedi ki, sağ ol, hər şey yaxşıdır. Danışığımızın üstündən 15-20 dəqiqə keçməmiş gördüm ki, yazıblar ki, Səyyad komaya düşüb, xəstəxanaya aparıblar. O ümumiyyətlə xəstə olmağını heç kimə bildirmədi. Sən demə xəstəymiş. Mənə də demir. Zəng etdim ki, toy sahibi sənə beh vermək istəyir, necə edək? Dedi ki, rayondayam, klip çəkdirirəm” deyə o bildirib.
 
Mənzurə Musayeva bildirib ki, Səyyad Əlizadənin oğlu Atabəyə dəstək olur:
 
“Birlikdə duet oxumuşuq, o biri duetlərimizi də hazırlayırıq. Tezliklə efirdə görəcəksiniz. O ki, qaldı sənətkarların sənət yoldaşları tərəfindən yad olunmasına.. Gərək öz yaxınları, əzizləri onları yad etsin. Çox mənasız bir həyatdır. Baloğlan müəllimin, Səyyadın mənimlə nəfəsi kəsilə-kəsilə danışmasını hələ də unuda bilmirəm. Elə anlar olur ki, yadıma düşür. Düşünürəm ki, Səyyad xəstəliyini öncədən desəydi bəlkə də müalicə etdirmək olardı. Hamı bu xəstəliyə yoluxub sağaldı da. Bəlkə də qismət deyilən bir şey də var. Dünyasını dəyişən əzizləri öz yaxınlarını yad etsə kifayət edir” deyə sənətçi bildirib.
Seçilən
6
moderator.az

1Mənbələr