AZ

Böyük Britaniya “Eurofighter Typhoon” qırıcısının yeni radarı üçün maliyyə vəsaiti ayırıb

Böyük Britaniya hökuməti Kral Hərbi Hava Qüvvələrinin (HHQ) ən son “Eurofighter Typhoon” döyüş təyyarələri üçün qabaqcıl yeni radarın istehsalı və inteqrasiyası məqsədilə 204.6 milyon funt sterlinq məbləğində maliyyə vəsaiti ayırıb.

“Poliqon” “BAE Systems” şirkətinə istinadən xəbə verir ki, müasir ECRS Mk2 radarı “Eurofighter Typhoon”un hava üstünlüyü imkanlarını tamamilə dəyişəcək və təyyarəyə dünya səviyyəli radioelektron müharibə qabiliyyəti qazandıracaq.

Radar sistemi eyni anda həm havada, həm də yerdə çoxsaylı hədəfləri aşkarlamağa, tanımağa və izləməyə imkan verəcək.

Bu maliyyə vəsaiti radarın istehsalı üçün lazım olan əsas komponentləri və onun təyyarəyə inteqrasiyasını təmin edir. İnteqrasiya işləri “BAE Systems” və “Leonardo UK” şirkətləri tərəfindən həyata keçiriləcək. 2025-ci ildə proqram üçün tam istehsal müqaviləsinin bağlanması gözlənilir.

Sözügedən maliyyə dəstəyi “BAE Systems”in Lancashire bölgəsində yerləşən “Warton” zavodunda ECRS Mk2 radarının prototipi üzərində həyata keçirilmiş uğurlu uçuş və genişmiqyaslı yer sınaqlarından sonra verilib.

Radar “Leonardo” şirkəti tərəfindən Edinburq və Luton şəhərlərində hazırlanır və “BAE Systems” tərəfindən Lancashiredə “Eurofighter Typhoon” təyyarələrinə inteqrasiya olunur.

Typhoon təyyarələrinin ixracat satışlarının ümumi dəyəri, proqramın başlanğıcından bu günə qədər Böyük Britaniyanın qoyduğu 12 milyard funt sterlinq sərmayədən iki dəfə çox olub və gələcəkdə daha da artmaq potensialına malikdir.

Seçilən
14
poliqon.az

1Mənbələr