AZ

Kosovolu futbolçu İranda oynamaq istəmədi

Türkiyəli mütəxəssis İsmayıl Kartalın çalışdırdığı İran təmsilçisi ''Persepolis''in uzun müddətdi, danışıqlar apardığı futbolçu son anda qərarını dəyişib.

"Football-plus.az" xəbər verir ki, söhbət 2020-ci ildən Türkiyədə çıxış edən Floran Haderconaydan gedir.

31 yaşlı futbolçu İsveçrədə doğulsa da, əslən kosovoludu və Kosovo yığmasının da şərəfini qoruyur. 2020-23-cü illərdə ''Kasımpaşa'', 2023-dən bu yana ''Alanyaspor''da forma geyən təcrübəli sağ müdafiəçi bu ayın sonunda sərbəst oyunçuya çevriləcək. Onun Türkiyə klubu ilə müqavilə müddəti başa çatır. Haderconayın məhz İrana yollanacağı gözlənilirdi. Çünki ''Persepolis'' Kartalın tələbi ilə hələ 3 ay öncə bu futbolçu ilə danışıqlara başlamış və onunla şifahi razılıq əldə etmişdi. Amma İran ilə İsrail arasında yaşanan gərginlikdən sonra kosovolu futbolçu fikrini dəyişib. Daha doğrusu, o, düşünmək üçün bir qədər də vaxt istəyib. Bu isə İran mediasında futbolçunun bu ölkəyə gəlmək istəməməsi kimi qələmə verilib.

Tehran klubu artıq diqqətini alternativ variantlara yönəldib. Zaqreb ''Dinamo''sunun şərəfini qoruyan Sadiq Məhərrəminin meneceri ilə əlaqə saxlanılıb. Bundan başqa rəhbərlik müqavilə müddəti başa çatan Farşad Faraciyə də yeni sözləşmə təklif edib. Komanda sağ müdafiəçi problemini məhz bu yollarla həll etmək istəyir. Amma İran mediasına inansaq, İsmayıl Kartal nə Sadiq Məhərrəminin transferini istəyir, nə də Faraciyə yeni müqavilə təklif olunmasının tərəfdarıdı. Ona görə də məşqçi ilə rəhbərlik arasında müəyyən fikir ayrılığı yaşanır.

Seçilən
25
football-plus.az

1Mənbələr