AZ

Daha bir ulduz futbolçu “Qalatasaray”ın hədəfində

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu “Qalatasaray”ın maraq dairəsindədir. Ancaq tərəflər arasında heç bir danışıq olmayıb. İstanbul təmsilçisi Klublararası dünya çempionatının ardından hərəkətə keçəcək.

34 yaşlı futbolçu son mövsümdə “Mançester Siti”nin heyətində bütün turnirlərdə 50 oyunda iştirak edib, 3 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Almaniyalı oyunçunun “şəhərlilər”lə müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.

Seçilən
39
idmanxeber.az

1Mənbələr