AZ

Pakistan İranla sərhəd-keçid məntəqələrini bağlayıb

Bu barədə AzVision.az xarici mətbuata istinadənxəbər verir.

Əyalətinin yüksək rütbəli məmuru Qadir Baxş Pirkani AFP-yə deyib ki, bütün beş rayonda - Çaqay, Vaşuk, Pəncqur, Keç və Qvadarda sərhəd keçid məntəqələrinin fəaliyyəti dayandırılıb.

Tədbirlər İran və İsrail arasında gərginliyin artması ilə əlaqədar ictimai təhlükəsizliyin təmin edilməsi və sərhəddə gözlənilməz insidentlərin qarşısının alınması məqsədilə həyata keçirilib. Pakistan rəsmiləri həmçinin vətəndaşları qonşu ölkəyə səfərdən çəkinməyə və ayıq-sayıq olmağa çağırıb.

“Express Tribune” qəzeti daha əvvəl yazıb ki, Pakistan hakimiyyəti Qvadar və Pəncqur rayonlarında İranla bütün sərhəd keçidlərini bağlamaq qərarına gəlib. Qəzetin yazdığına görə, həm piyada keçid , həm də müxtəlif növ avtomobillərin hərəkəti dayandırılıb.


AzVision.az
Seçilən
37
1
azvision.az

2Mənbələr