Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Rusiyanın İrandan Azərbaycana təxliyə edilən diplomatik və elmi ictimaiyyət nümayəndələri Bakıdan Moskvaya uçuşu gözləyir".
Oxu.Az -ın xəbərinə görə, bunu TASS-a Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü Elina Sidorenko deyib.
"Bu gün Moskvaya uçuşumuz olacaq. Səfirliyin işi baxımından hər şey əladır", - deyə E.Sidorenko bildirib.
Təyyarənin Moskva vaxtı ilə saat 18:25-də Şeremetyevo aeroportuna enəcəyi gözlənilir.
O qeyd edib ki, Azərbaycan tərəfi nümayəndə heyətinin hoteldə yerləşdirilməsi ilə bağlı xərcləri öz üzərinə götürüb:
"Azərbaycanlı həmkarlarımıza təşəkkür edirəm. Hər şey çox yaxşı hoteldə təşkil olunub. Qidalanma təşkil olunub, hoteldəki otaqlar əladır".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.