AZ

Rafael Fiziyev Qurban Qurbanovla görüşdü - FOTOLAR

Məşhur UFC döyüşçüsü Rafael Fiziyev "Qarabağ" klubunun qonağı olub.
 
Moderator.az xəbər verir ki, 32 yaşlı azərbaycanlı idmançı "köhlən atlar"a məxsus "Azersun Arena"nı ziyarət edib.
 
Fiziyev "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və futbolçusu Bəhlul Mustafazadə ilə görüşüb.
 
Baş məşqçı döyüşçünü stadionla tanış edib. Qurban Qurbanov Azərbaycanlı döyüşçüyə “11” nömrəli klub formasını hədiyyə edib. Rafael Fiziyev isə öz növbəsində “Qarabağ” klubunun baş məşqçisinə UFC-nin rəsmi əlcəklərini təqdim edib.
 
Daha sonra Rafael Fiziyev və Bəhlul Mustafazadə məşhur "tirə zərbə" oyununda qüvvələrini sınayıblar. Ardınca Fiziyev Mustafazadəyə bir neçə zərbə texnikasını nümayiş etdirib.
 
47.3 milyon izləyicisi olan UFC-nin rəsmi instaqram səhifəsində tədbirdən foto və videolar paylaşılıb.
 
Qeyd edək ki, Rafael Fiziyev iyunun 21-də keçiriləcək UFC turnirində iştirak edəcək. O, Bakı Kristal Zalında təşkil olunacaq yarışda İqnasio Baxamondeslə üz-üzə gələcək.
 
Seçilən
8
moderator.az

1Mənbələr