ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çempionlar Liqasının qalibi PSJ ABŞ-də keçirilən Klublararası Dünya Çempionatına qələbə ilə başlayıb.
Yeniavaz.com xəbər verir ki, Fransa təmsilçisi ilk turda “Atletiko Madrid”lə üz-üzə gəlib.
Pasadenada keçirilən görüşdə ispaniyalı məşqçi Luis Enrikenin rəhbərlik etdiyi komanda 4:0 hesabı ilə qalib gəlib.
Hesabı 19-cu dəqiqədə ispaniyalı yarımmüdafiəçi Fabian Ruiz açıb. Portuqaliyalı yarımmüdafiəçi Vitinya ilk hissəyə əlavə edilmiş ilk dəqiqədə fərqlənib. Hər iki ötürməni gürcü hücumçu Xviça Kvaratsxeliya edib.
77-ci dəqiqədə “Atletiko”nun fransalı müdafiəçisi Kleman Lanqle ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.
87-ci dəqiqədə fransalı yarımmüdafiəçi Seni Mayoulou fərqlənib. Əlavə olunmuş vaxtın 7-ci dəqiqəsində cənubi koreyalı hücumçu Li Kanq-in penaltini dəqiq yerinə yetirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.