AZ

İranda zərbələr nəticəsində 220-dən çox nəfər həlak olub

BAKI, 16 iyun. TELEQRAF

İranda baş verən son hərbi eskalasiya nəticəsində 220-dən çox insan həyatını itirib, 1200-dən artıq şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin rəsmi qurumları məlumat yayıb.

Rəsmilər vəziyyətin nəzarət altında saxlanılması üçün tədbirlərin görüldüyünü bildiriblər.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.

Seçilən
14
teleqraf.com

1Mənbələr