ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailli diversantlar İranın hava hücumundan müdafiə sistemlərinə və radiolokasiya stansiyalarına zərbələr endirmək üçün tank əleyhinə raket sistemlərindən istifadə ediblər.
Oxu.Az bu barədə İran mətbuatına istinadla xəbər verir.
İranın xüsusi xidmət orqanları İsraildə istehsal olunan və "Mossad" agentlərinin hücumlarında istifadə edilən "Spike NLOS" tank əleyhinə raket komplekslərini göstəriblər.
İran əks-kəşfiyyatının əməkdaşları komplekslərin internet vasitəsilə uzaqdan idarə olunduğunu güman edirlər. Uzaqdan idarəetməni təmin etmək üçün buraxılış qurğuları xüsusi olaraq modernləşdirilib.
Komplekslər İranın hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi yerin yaxınlığında aşkarlanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.