"Neftçi"dən ayrılan və hazırda azad agent statusuna malik olan Azər Salahlı Apasport.az saytına müsahibə verib.
- Yeni mövsüm səni hansı komandada görəcəyik? "İmişli" və "Turan Tovuz"la yanaşı hallanır...
- Yeni mövsümə hansı komandada olacağım hələ bəlli deyil. Bir neçə təklifim var. Onları dəyərləndirib, qərarımı verəcəm. Azərbaycandan və ölkə xaricindən təkliflərim var. Klub adı çəkməyim doğru olmaz. Yaxın günlərdə yəqin bəlli olar.
- Ölkə xaricinə yollanmağın nə dərəcədə realdır? Heç ölkə xaricindən təkliflərin var və ya olarsa, düşünərsən?
- Ölkə xaricinə çıxmağı düşünürəm. Ancaq şərtlər çox önəmlidir. Belə əlbəttə ki, Azərbaycandan kənarda oynamaq istəyirəm. Necə olacağını zaman göstərəcək.
- Yeni mövsümdən Azərbaycan Premyer Liqasında legioner limiti tətbiq edilməyəcək. Buna görə yerli futbolçuların əksəriyyəti narahatdır. Səncə, bu qərar yerli futbolçuların oynamasına və ya maaşına təsir edəcək?
- Açığı, limit məsələsi barədə çox danışmaq istəmirəm. Çünki bu günə qədər bütün fikirlər deyilib. Onu deyim ki, mənim üçün heç bir narahatçılığı yoxdur. Oynadığım bütün klublarda mübarizəmlə, rəqabət apararaq önə çıxmışam. Bu günə qədər bütün məşqçilər məni oynadıb. Formanı haqq edib qazanmışam. Onun üçün də limitin ləğv edilib-edilməməsinin mənim üçün fərqi yoxdu.
- Necə düşünürsən, Azərbaycan millisinə yenidən cəlb olunmağın üçün seçəcəyin yeni komandanın təsiri olacaq?
- Milliyə yenidən dəvət almaq hansı kluba gedəcəyimdən yox, performansımdan asılıdır. Mən özümə inanıram. Getdiyim yerdə əlimdən gələni edib yenidən millidə olacam.
- Premyer Liqanın səviyyəsi yüksəlib? Yeni sezon daha güclü liqa olacağını ehtimal edirsən?
- Premyer Liqanın səviyyəsi hər keçən il daha da yüksəlir. Növbət mövsüm komanda sayı da artıb. Onsuzda Premyer Liqa asan keçmirdi. Bütün klubların özlərinə görə iddiası olur. Heç bir oyun asan olmur. Məncə, növbəti mövsüm də belə olacaq. Səviyyənin də artacağını düşünürəm.
Vasili Berezutski: “Azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm”
Veysəl Rzayev: "Təəssüf edirəm ki, avrokubok şansını əldən qaçırdıq"
AFFA-da klub nümayəndələri ilə görüş keçirilib
Mövsümün ən çox azarkeş toplayan komandası müəyyənləşib
Berezutski “Sabah”ı tərk etdi - RƏSMİ