AZ

İran Xarici İşlər Nazirliyi İsrailin Kirmanşah xəstəxanasına zərbəsini hərbi cinayət adlandırıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi İsrailin İranın qərbindəki Kirmanşah şəhərindəki xəstəxanaya zərbə endirməsini beynəlxalq hüququn pozulması və müharibə cinayəti adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“İsrail təcavüzkarları İranın qərbindəki Kirmanşahdakı Farabi xəstəxanasını hədəfə alıblar. Müdafiə nazirinin əmri ilə həyata keçirilən xəstəxanalara və yaşayış məntəqələrinə hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulması və hərbi cinayətdir”, – o, X-də yazıb.

Bundan əvvəl Fars xəbər agentliyi İsrailin hava hücumlarından biri nəticəsində Kirmanşahda xəstəxana binasının zədələndiyini bildirmişdi.

Seçilən
33
nocomment.az

1Mənbələr