AZ

Azərbaycanın ilk buraxılış-keçid məntəqəsinin yaranmasından 33 il ötür – FOTO

Bu gün Azərbaycanın  ilk buraxılış-keçid məntəqəsii olan Yalama Əlahiddə buraxılış məntəqəsinin yaranmasından 33 il ötür. 1992-ci il iyun ayının 16-da Qusarın Azərbaycan-Rusiya sərhədində yerləşən Samur çayı üzərində müstəqil Azərbaycanın ilk buraxılış məntəqəsi fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, həmin vaxt baş leytenant, hazırda Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi olan general-polkovnik Elçin Quliyev  16 nəfərlik şəxsi heyət ilə dövlət sərhədinin mühafizəsinə start verib.

Çox çətin, ağır, gərgin dövrdə heç bir şəraiti olmayan yerdə xidmət aparmaq çox çətin olsa da ilk şimal sərhədçiləri onun öhdəsindən layiqincə gəliblər.

Getdikcə genişlənərək təkmilləşən Yalama Əlahiddə buraxılış məntəqəsi 1995-ci ildə Xudat Sərhəd dəstəsi adı ilə daha geniş anlamda fəaliyyət göstərməyə başlayıb.

Bu gün Xudat Sərhəd dəstəsində  dəstənin yaranmasının 33-cü ildönümü qeyd olunub.
 

Məruzə ilə çıxış edən Xudat Sərhəd dəstəsinin rəisi hərbi hissənin keçdiyi şərəfli həyar yolundan danışıb.


Bildirib ki, geridə qalan bu 33 il ərzində  general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında nəinki şimal sərhədləri, Azərbaycanın bütün istiqamətlərində hava, su və quru  sərhədlərinin qorunması istiqamətində çox böyük işlər görülüb.

Dövlət ssərhədlərinin etibarlı təminatında isə sərhədçilərə milli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı, Azərbaycan Prezidenti  İlham Əliyevin göstəriş və müddəaları mühüm dəstək verib 

Tədbirdə o da xüsusilə vurğulanıb ki, bu gün Azərbaycan sərhədçisi işğaldan azad olunmuş ərazilərimizdə də Ermənistanla sərhəd boyu böyük qürur və fəxarətlə qulluq edir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
9
bizim.media

1Mənbələr