Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
May ayından etibarən Ukrayna Prezidenti Volodimir Zelenskiyə ukraynalılar arasında etimad səviyyəsi 11 faiz azalıb. İyunun əvvəlinə olan məlumata görə, respondentlərin 65 faizi dövlət başçısına güvənir, 30 faizi ona etibar etmir.
“AzPolitika” xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 15 may - 3 iyun tarixlərində keçirdiyi sorğunun nəticələrində belə deyilir.
Beləliklə, müvafiq olaraq, etimad-etimadsızlıq balansı +35% təşkil edir. Bu rəqəm 2025-ci ilin martından bəri ən aşağı göstəricidir. Lakin fevral ayında respondentlərin cəmi 57%-i Zelenskiyə etimad göstərmişdi. Odur ki, fevralla müqayisədə prezidentin reytinqi yüksəkdir.
Sosioloqlar qeyd edirlər ki, bu qədər qısa müddət ərzində Zelenskiyə inamın azalmasının konkret səbəbləri barədə heç bir məlumatı yoxdur. Lakin ehtimal olunur ki, etimadın azalması bir neçə amillə bağlı ola bilər ki, bunlardan da ən başlıcası müharibənin bitirilməsi istiqamətində irəliləyişin olmamasıdır.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.