AZ

"İsrailin "mediada qələbəsi" və gerçəklikdən uzaq mesajlar" - "Mysl Polska"

 
"Qərb mediası İsrailin uğurlarını şişirdir, itkilər isə susdurulur..."
 
Müasir döyüşlər artıq yalnız torpaqda, havada və dənizdə deyil, eyni zamanda informasiya məkanında da aparılır. Bu dördüncü sahədə isə İsrail rejimi bənzərsiz bir ustalıq nümayiş etdirir.
 
Moderator.az xəbər verir ki, by barədə Polşanın "Mysl Polska" nəşri yazıb.
 
Qüdsdəki hakimiyyət - başında beynəlxalq hərbi cinayətlə ittiham edilən baş nazirin durduğu bu rejim informasiya müharibəsini sistemli şəkildə idarə edir və Qərb mediası da bu informasiya cəbhəsinin bir hissəsinə çevrilib.
 
İtirilənlər susdurulur, qələbə təbliğ olunur
 
İsrail ordusu - Qərb publikasında "ən humanist ordu" kimi təqdim olunan hərbi qüvvə öz uğurlarını mediada geniş şəkildə yayır. Lakin eyni zamanda, İrana qarşı müharibədə aldığı zərbələr demək olar ki, tamamilə gizlədilir.
 
Halbuki son günlər ərzində İran silahlı qüvvələrinin dəqiq və güclü cavab zərbələri müşahidə olunur. ABŞ ordusu və onun bahalı hava hücumundan müdafiə sistemləri, xüsusilə "Patriot" və THAAD kompleksləri bu hücumların qarşısını tam ala bilmir.
 
İnternetdə yayımlanan görüntülər və peyk fotoları göstərir ki, Hayfa neftayırma zavoduna, Təl-Əvivdə yerləşən və strateji əhəmiyyətə malik Veytsman institutuna və digər obyektlərə ciddi ziyan dəyib. Bütün bunlara baxmayaraq, Qərb KİV-ləri susqunluq nümayiş etdirir və "İsrailin qələbəsi" mesajını yaymaqda davam edir.
 
Bahalı qalxan - məhdud imkanlar
 
İsrailin hava hücumundan müdafiə sistemi çoxpilləlidir. Qısamənzilli raketlərə qarşı ABŞ-ın "Patriot" sistemləri istifadə olunur. Orta məsafələr üçün "David's Sling" (Davudun Sapanı), daha uzaq məsafələr üçün isə "Arrow" seriyalı komplekslər - "Arrow-2", "Arrow-3" və son olaraq "Arrow-4" aktivdir.
 
Bu sistemlər həm atmosfer daxilində, həm də onun hüdudlarından kənarda ballistik raketləri məhv etməyə yönəlib. Lakin bu silahların sayı məhduddur və bahalı texnologiyalarla bağlı istehsal imkanları da sonsuz deyil.
 
Bundan əlavə, ABŞ donanmasından atılan SM-3 raketləri və THAAD sistemləri də İsrailə yardım edir. Amma bu qədər müasir silaha baxmayaraq, İran raketləri yenə də hədəflərə çatır.
 
Reallıqla təbliğat arasında uçurum
 
Məqalə müəllifi yazır ki, informasiya müharibəsində "Fələstin ərazisində yerləşən dövlət" artıq qələbəsini elan edib. Bu "qələbə" isə real vəziyyətdən çox uzaqdır. İsrailin informasiya strategiyası təkcə hərbi uğurları deyil, həm də rəqibin zərbələrini susdurmaq və öz ictimai rəyini formalaşdırmaq üzərində qurulub. İranın dəqiq və simvolik zərbələri isə ya unudulur, ya da heç xatırlanmır.
 
Nəticədə, ictimaiyyət hadisələri yalnız bir tərəfin - İsrailin baxış bucağından izləyir. Gerçək döyüş meydanında nə baş verdiyini isə yalnız nadir görüntülər və alternativ mənbələr ortaya çıxarır. Mövcud informasiya balanssızlığı isə müasir müharibələrin dördüncü ölçüsünün - media cəbhəsinin nə qədər həlledici olduğunu bir daha sübut edir.
Seçilən
4
moderator.az

1Mənbələr