Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İranla davam edən qarşıdurma şəraitində İsrailin Baş naziri Benyamin Netanyahu bu gün Tel-Nof aviabazasını ziyarət edib.
Oxu.Az bu barədə İsrail mətbuatına istinadla xəbər verir.
Məlumata görə, onunla birlikdə İsrailin müdafiə naziri İsrael Kats və İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir də olub.
Hərbçilərlə və komanda heyəti ilə görüşən Netanyahu İsrail Hərbi Hava Qüvvələrinin Tehranın hava məkanına nəzarət etdiyini bildirib.
O bunun hərbi əməliyyatın bütün gedişatını dəyişdiyini söyləyib:
"İsrail ordusunun əməliyyatı iki başlıca məqsədin nail olunmasını yaxınlaşdırır - nüvə və raket təhlükəsinin aradan qaldırılması. Qələbəyə gedən yoldayıq".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.