“Arsenal”ın müdafiəçisi Oleksandr Zinçenko “Milan”a keçə bilər.
Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, ukraynalı futbolçu A Seriyasında çıxış etməkda maraqlıdır və İtaliya klubu ilə danışıqlara açıqdır.
“Milan”da Zinçenkonu Teo Hernandesi əvəz edə biləcək əsas namizəd kimi görürlər. Fransalı müdafiəçi klubdan ayrılmağa yaxındır.
Onun müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə olsa da, o, artıq “Atletiko” ilə danışıqlar aparır. Hernandes bir müddət əvvəl isə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun təklifini rədd etmişdi.
Zinçenkonun taleyi birbaşa bu transferdən asılıdır. “Milan” Hernandesin satışından gəlir əldə etməsə, ukraynalı futbolçuya rəsmi təklif göndərilməyəcək.