AZ

İran İsrailə əsl cəhənnəm yaşadacaq - Spiker Qalibaf

İran Silahlı Qüvvələri düşmən üçün əsl cəhənnəm yaradacaq və bütün dünya onun iztirablarına şahid olacaq.

Ölkə.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

Qalibaf qeyd edib ki, son gecələr "sionistlərin kabusu və bu rejimin cinayətlərinin təşkilatçıları, icraçıları arasında dərin qorxu, təcavüzkar peşmanlıq, intiqam almayana qədər davam edəcək". 

"Biz anlamalıyıq ki, biz fövqəladə vəziyyətdəyik. Yekun qələbə qabaqcadan məlum olsa da, ona gedən yolun asan olmayacağı təbiidir", - Qalibaf əlavə edib.

Mürtəza
Ölkə.az

Seçilən
34
olke.az

1Mənbələr