Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə Mİ6-nın yeni rəhbəri Blez Metreweli təyin edilib.
Ulusal.az xəbər verir ki, Böyük Britaniyanın xarici kəşfiyyat xidmətinə MI6-nın tarixində ilk dəfə olaraq qadın rəhbərlik edəcək. Bunu bu gün Böyük Britaniyanın baş naziri Keir Starmer bəyan edib.
Blez Metreweli payızda Məxfi Kəşfiyyat Xidmətinin rəisi vəzifəsini icra edəcək. O, hazırda Ceyms Bond filmlərində “Q” kimi əbədiləşdirilən xidmətin texnologiya və innovasiya qruplarının rəhbəridir.
2017-ci ildə məlum oldu ki, “Q” qadındır, lakin o zaman Metreweli adı çəkilmirdi.
Oksford Universitetinin məzunu olan Metreweli əvvəllər həm daxili, həm də xarici kəşfiyyat xidmətlərində yüksək vəzifələrdə çalışıb.
Starmer bu təyinatı tarixi adlandırıb.
Metreweli bu rola təyin olunduğu üçün “qürurlu və şərəfli” olduğunu söylədi.