Türkiyəli futbolçu İsak Vural karyerasını "Piza"da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı futbolçu A Seriyasına yeni yüksələn klubla 2029-cu ilin yayına qədər müqavilə imzalayacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İ. Vural son olaraq "Frozinone"nin formasını geyinirdi. O, bir dönəm "Fənərbağça"nın az yaşlı komandalarında da çıxış edib.