
İran Prezidenti Məsud Pezeşkian türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib ki, ABŞ danışıqları bərpa etmək üçün İsrailin Tehrana hücumlarını dayandırmalıdır.
Yeniavaz.com xəbər verir ki, “Mehr” xəbər agentliyi onun sözlərindən sitat gətirib.
“ABŞ danışıqları bərpa etmək istəyirsə, ilk növbədə İsrailin regional təcavüzünü dayandırmalıdır”, - Pezeşkian bildirib.
İran Prezidenti deyib ki, İran müharibəni genişləndirmək niyyətində deyil, lakin torpaqlarına edilən hər hansı hücuma cavab verəcək.