İraqın Müdafiə Naziri Sabit Abbasi, İraq təhlükəsizlik qüvvələrinin mümkün olan hər cür ssenariyə qarşı tam hazırlıq vəziyyətində olduğunu bildirib.
İraqın rəsmi xəbər agentliyi INA-nın yaydığı məlumata görə, Abbasi ölkədəki təhlükəsizlik vəziyyətinin sabit olduğunu vurğulayıb.
İsrailin İraqa hücum ehtimalı ilə bağlı sualı cavablandıran nazir qeyd edib: “İraq qüvvələri mümkün hər cür vəziyyətə qarşı tam hazırlıq halındadır.”
İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani də daha əvvəl İsrailin Yaxın Şərqdə müharibəni genişləndirmək istədiyini bildirmişdi. O, İranda dəstək alan iraqlı şiə milis qruplarının liderlərinə və qərargahlarına hücum ehtimalının narahatlıq doğurduğunu da qeyd etmişdi.