AZ

Astara keçid məntəqəsi vastəsi ilə bu gün sayca 3 cü qrup təxliyə edildi

BAKI, 16 iyun. TELEQRAF

Astara sərhəd keçid məntəqəsi vastəsi ilə bu gün sayca 3 cü qrup təxliyə edilib.

Teleqrafın bölgə müxbiri xəbər verir ki, qrup üzvləri Belarusiya vətəndaşları olub.

Qeyd edək ki, bir sıra xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsinə yardım göstərilməsini xahiş edib. Azərbaycan dövləti isə humanitar prinsipləri rəhbər tutaraq bu şəxslərin ölkəmiz ərazisindən təhlükəsiz keçidi üçün bütün zəruri şəraiti yaradır.

Hazırda Astara Dövlət Sərhədində keçid məntəqəsi 24 saat fasiləsiz rejimdə faəliyyət göstərərək İrandan təxliyə edilən əcnəbiləri qəbul edir.

Seçilən
10
11
teleqraf.com

10Mənbələr