AZ

Mirzoyan Azərbaycanla nizamlanma prosesini ATƏT-in fəaliyyətdə olan sədrinə təqdim edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə telefon danışığı aparıb. Tərəflər Ermənistan-ATƏT əməkdaşlığını müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilir ki, Ararat Mirzoyan və Elina Valtonen regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Mirzoyan Ermənistan və Azərbaycan arasında nizamlanma prosesində son müzakirələri, o cümlədən sülh müqaviləsinin imzalanması səylərini təqdim edib.

Ermənistan və Finlandiya arasında ikitərəfli tərəfdaşlığın gündəliyinə və planlaşdırılan təmaslara, o cümlədən Ermənistan xarici işlər nazirinin 2024-cü ilin noyabrında Helsinkiyə səfərinin davamına da toxunulub.

Seçilən
12
9
teleqraf.com

10Mənbələr