AZ

Gəncədə törədilən qətlin təfərrüatları məlum oldu


Gəncədə 42 yaşlı Vüsal Əhmədovun öldürülməsinin yeni təfərrüatları məlum olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hər iki şəxs iritonnajlı yük maşınında sürücü işləyiblər və mübahisə ediblər. Hadisə şəhərin Cavadxan qəsəbəsində baş verib. Nəticədə V.Əhmədov yaşadığı evinin yaxınlığında güllələnərək öldürülüb.

İlkin məlumata görə, V.Əhmədov əvvəlcədən tanıdığı şəxslə aralarında yaranan mübahisə zamanı ağır güllə yarası alaraq həyatını itirib. Mərhumun qonşularının sözlərinə görə, V.Əhmədov bir neçə ildir Cavadxan qəsəbəsində yeni tikdiyi evdə yaşayırmış və olduqca mülayim, xoşxasiyyətli insan olub. Onun indiyədək hansısa münaqişədə iştirakını görən olmayıb.

“Bilmirəm, xəbərim olmadı. Aynanı açdım ki, hava gəlsin, gördüm evin yaxınlığında maşın dayanıb. Səhər də durdum eşitdim ki, belə bir hadisə olub, çox pis oldum. Çox insan adam idi. Ailəsinə, qonum-qonşuya qarşı mehriban olub. Ondan heç kim narazı ola bilməzdi", - mərhumun qonşusu Sahilə Rzayeva bildirib.

Qeyd edək ki, hadisədən sonra Gəncə şəhər prkurorluğunda cinayət işi açılıb, istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən 45 yaşlı Göygöl rayon sakini Röyal Hətəmov saxlanılıb.

Seçilən
35
5
news24.az

6Mənbələr