AZ

“Neftçi” hücumçusu ilə yollarını ayırıb

“Neftçi” hücumçusu Dembo Darbo ilə yollarını ayırıb.

Klubdan "Report"a verilən məlumata görə, 26 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2024-cü ilin avqustunda transfer olunmuş Darbo “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib, 5 qol vurub.

Seçilən
12
6
report.az

7Mənbələr