AZ

Qərbin İran-İsrail münaqişəsi ilə bağlı planları üzə çıxıb...

Yeddilik Qrupu (Böyük Yeddilik) ölkələri Kanadada keçirilən sammitdən sonra birgə bəyanatda İsrailin "özünümüdafiə haqqını" tanımaq istəyir və əlavə ediblər ki, İran nüvə silahı əldə etməməlidir.

SİA xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Həmçinin qeyd edilir ki, ABŞ prezidenti Donald Tramp sənədin mətnini imzalamaqdan imtina edib.

Amerika lideri gərginliyi azaltmağa çağırmaqla yanaşı, bəyannamənin İsrail və İran arasındakı münaqişə probleminə toxunmayan sırf iqtisadi bəndlərindən imtina edib.

Hazırda bu qərarın səbəbləri və G7 ölkələrinin sənədinin gələcək taleyi açıqlanmır.

Daha əvvəl CNN Ağ Evə istinadla bildirmişdi ki, Tramp İsraili İranla münaqişəyə cəlb etmək fikrinə şübhə ilə yanaşır və ona birbaşa müdaxilə etməkdən yayınmaq istəyir.

ABŞ-ın hərbi əməliyyata başlamaq qərarı böyük regional münaqişəyə çevrilə biləcəyi, bunun Vaşinqtonu yorucu və heç bir aydın nəticə verməyəcəyi vurğulanır.

Əli Babayev

Seçilən
6
1
sia.az

2Mənbələr