Azertag saytına istinadən ain.az xəbər verir.
Vatikan, 16 iyun, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda Hollivudun kino ulduzu Al Paçino ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Roma Papası “Maserati: Qardaşlar” filminin nümayəndə heyətini, o cümlədən “Oskar” mükafatçısı Al Paçino və filmin prodüseri Andrea Yervolinonu qəbul edib.
Görüşdə Katolik Kilsəsinin və filmin mərkəzində olan ortaq dəyərlər, dərin mənəvi və mədəni ilham, ailə birliyi, sevgi, şəfqət və ümumi rifaha töhfə verməyin vacibliyi ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, 85 yaşlı Al Paçino ABŞ-dan olan Papa Leonun görüşdüyü ilk Hollivud ulduzudur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.