...Belarusda, Brest vilayətinin Prujanı rayonunda təhlükəsizlik qüvvələrinin keçirdiyi reyd zamanı meşəlik ərazidə spirt istehsalı üçün “mini-zavod” aşkarlanıb.
SİA xəbər verir ki, Belarusun Daxili İşlər Nazirliyindən verilən məlumata görə, içkini şəxsi istifadəsi üçün hazırladığını iddia edən yerli sakinə məxsus olduğu məlum olub.Daxili İşlər Nazirliyinin məlumatına görə, Prujanı yaxınlığındakı meşə mini zavodunda doqquz tondan çox məsh (ruslar buna braqi deyirlər-A.B.) və 155 litr moonshen ələ keçirilib. Qurğunun sahibi, 45 yaşlı yerli sakin izah edib ki, içkini şəxsi istifadə üçün istehsal edib.
Bunun doğru olub-olmadığı aydınlaşdırılacaq.
Cihaz sökülərək müsadirə edilib, yarımfabrikatlar isə məhv edilib.
Məhsulun ekspertizasının nəticələrinə əsasən qanun pozucunun hərəkətlərinə hüquqi qiymət veriləcək.
Fiziki şəxslər tərəfindən güclü alkoqollu içkilərin istehsalına görə məhsul və aparat müsadirə olunmaqla əsas beş mislinədək miqdarda cərimə nəzərdə tutulur.
Əli Babayev