"Tatamiyə 11 aydan sonra qayıtdım. Bu sadəcə dönüş deyil bu yola davamdır".
Offsideplus.az xəbər verir ki, bu sözləri azərbaycanlı cüdoçu Hidayət Heydərov sosial şəbəkə hesabındakı paylaşımında yazıb. Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan cüdo üzrə dünya çempionatında mübarizəni erkən başa vuran idmançımız məğlubiyyəti belə şərh edib:
"Məqsədim aydındır: yenə zirvəyə qalxmaq. Uduzmaq da bu yolun bir hissəsidir. Amma unutmayın: mən burdayam və qələbə yenə gələcək. Sözlə yox, əməllə danışacağam”.
Qeyd edək ki, olimpiya çempionumuz dünya çempionatında 1/16 finalda Portuqaliyanı təmsil edən gürcü əsilli idmançı Otari Kvantidzeyə məğlub olub.