AZ

Almaniyada 24 milyon avro dəyərində kokain müsadirə edilib

Bakı. Trend:

Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları Hamburqlimanında təxminən 24 milyon avro (47 milyon manatdan çox)dəyərində, 600 kiloqrama yaxın kokain aşkar edərək müsadirəediblər.

Trend-inməlumatına görə, bu barədə Almaniyanın “Stern” nəşri xəbəryayıb.

Məlumata əsasən, narkotik vasitələr Cənubi Amerikadan gətirilənmeyvələrin altlıqlarından birində aşkarlanıb. Yoxlama DominikanRespublikasının hökumət orqanlarının verdiyi siqnaldan sonra həyatakeçirilib.

Hazırda bu iş üzrə heç kim saxlanılmayıb. Lakin araşdırmaçılarbu insidentin 2024-cü ilin sonunda Saksoniya bölgəsinin Qrimmaşəhərində baş vermiş analoji hadisə ilə mümkün əlaqəsiniaraşdırırlar. Həmin vaxt banan qutularında 590 kiloqram kokaintapılmış və şübhəli bağlamaları görən sahibkar özü polisə məlumatvermişdi.

Seçilən
33
az.trend.az

1Mənbələr