AZ

Lukas Nmeça “Lids”də - Rəsmi

26 yaşlı almaniyalı mərkəz müdafiəçisi Lukas Nmeça “Volfsburq”dan azad agent qismində “Lids”in düşərgəsinə keçəcək.

Arena.az bu barədə “Lids”in rəsmi saytına istinadən məlumat verir.

Nmeça “tovuzquşular”la 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayacaq.

Lukas Nmeça “Mançester Siti”nin məzunudur. Müdafiəçi, karyerası ərzində “Preston Nort End”, “Volfsburq”, “Midlsbro” və “Anderlext”də çıxış edib.

Cari mövsümdə Nmeça “Volfsburq” üçün 20 oyun keçirib, 3 qol vurub.

Nmeça İngiltərənin aşağı yaş dəstələrindən ibarət komandalarda çıxış etsə də, sonradan Almaniyanın əsas yığmasını seçib və 2021-ci ilin noyabr ayında “bundestim”in heyətində debüt edib. Almaniya yığmasında Nmeça 7 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 26 almaniyalı mərkəz müdafiəçisinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
35
arena.az

1Mənbələr