AZ

Yalçın Rəfiyev: Bonn sessiyasında COP29 Sədrliyinin 7 tədbiri keçiriləcək

Bakı, 16 iyun, AZƏRTAC

Bu gün Almaniyanın Bonn şəhərində BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci Sessiyası - SB62 öz işinə başlayıb. Bu, “Bonn Sessiyası” adlandırılır və əsas məqsədi COP30-a hazırlıq xarakteri daşıyır. Biz bir il əvvəl burada COP29-a hazırlıq məqsədilə toplaşmışdıq və artıq burada növbəti COP-a çıxarılacaq sənədlərin ilkin layihələrinə baxılır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlmasında xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev Bonnda keçirilən SB62-də deyib.

“Bizim burada əsas rolumuz COP29-un Sədrliyi olaraq ölkəmizi yüksək səviyyədə təmsil etmək, növbəti COP-un keçirilməsinə dəstək göstərməkdir. Bu tədbirdə məqsəd əsas sənədlərin qəbulu ilə bağlı prosesin idarə edilməsidir. Bu məsələ Braziliya tərəfinin öhdəliyində olsa da, onlar bizdən dəstək istəyiblər. Nəzərə almalıyıq ki, biz Bakıda çox önəmli, vacib, çətin qərarların qəbuluna nail olduq, müəyyən bir komanda formalaşıb. Hazırda həmin təcrübədən istifadə edərək, Braziliya tərəfinə dəstək veririk. Çünki geosiyasi vəziyyətin təsiri ilə bağlı indi qlobal iqlim danışıqlarında çox mürəkkəb bir vəziyyət yaranıb.

Bu, burada iştirakımızın əsas məqsədidir. İkincisi, bizim COP29-da 14 təşəbbüslərimiz var idi. Biz onların təşviqi ilə bağlı müəyyən tədbirlər təşkil etməyi planlaşdırırıq. İki həftə ərzində Bonnda 7 tədbirimiz olacaq”, - deyə Yalçın Rəfiyev bildirib.

Seçilən
14
5
azertag.az

6Mənbələr